Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafını müzakirə edərək, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi ilə bağlı praktiki problemlərin həllini vurğulayıblar.
Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ER hökuməti bundan əvvəl Nikol Paşinyanın Vladimir Putinlə telefon danışığı apardığını açıqlamışdı. Laçın dəhlizi və Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
“Laçın dəhlizində vəziyyətin hazırkı gərginləşməsi kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bütün fundamental razılaşmalar kompleksinin saxlanmasının vacibliyi bir daha təsdiqlənib”, – Kremlin yaydığı məlumatda deyilir.
O da qeyd olunur ki, Rusiya prezidenti “Erməni Soyqırımı”nı Anma Günü münasibətilə erməni xalqı ilə həmrəy olduğunu bildirib.
Qeyd edək ki, müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.









