Məşhur aktyor Kıvanç Tatlıtuğ və modelyer həyat yoldaşı Başak Dizer Tatlıtuğun ikinci dəfə valideyn olmağa hazırlaşdığı iddia edilir.
Tribuna.az xəbər verir ki, iddialara görə, 49 yaşlı Başak Dizer Tatlıtuğ 5 aylıq hamilədir və məşhur cütlük bu dəfə qız övladı gözləyir.
Hazırda cütlük tərəfindən bu xəbərlə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurublar. Cütlüyün 2022-ci ildə dünyaya gələn Kurt Efe adlı bir oğulları var.
Gülşən Rəsul











