Kilsə və separatçılar yenə iş başında: “Qarabağ geri qayıtmalıdır” sərsəmləməsi

Kilsə və separatçılar yenə iş başında: “Qarabağ geri qayıtmalıdır” sərsəmləməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda separatçılar və kilsə rəsmiləri yenidən Qarabağ məsələsini qabartmağa başlayıblar.

Tribuna.az xəbər verir ki, hər iki tərəf seçki fəallığından istifadə edərək, mövzunu gündəmə gətirmək istəyirlər.

Separatçı Metaxe Akopyan iddia edib ki, Şuşa guya, Ermənistanın “qələbəsinin simvolu”dur. “9 may sadəcə hərbi qələbə ilə bitmir. Bu, erməni iradəsinin, ləyaqətinin və vətən uğrunda sona qədər dayanmasının sübutudur. Qarabağın azad edilməsi bir borcdur”.

Erməni kilsəsinin rəhbəri II Qaregin isə bildirib ki, Qarabağdan könüllü köçmüş ermənilərin hüququları üçün “mübarizə” aparılmalıdır. “Biz Qarabağ ermənilərinin hüquqlarının qorunmasını davam etdirməyə borcluyuq”.

Fərda Uğur