Keçmiş məcburi köçkünlərlə bağlı mühüm layihə

Keçmiş məcburi köçkünlərlə bağlı mühüm layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili layihəsi üzrə icmalar və fərdi sahibkarlıq subyektləri üçün müxtəlif avadanlıqların alınmasına görə vəsait ayırıb.

Tribuna.az xəbər verir ki, məbləğ 910 910 AZN-dir.

Burada şirniyyat sexləri, çilingər, avtoyuma məntəqələri və s. üçün avadanlıqlardan söhbət gedir.

Hələlik satışı həyata keçirəcək şirkət müəyyənləşməyib.