Katib Məmmədovun qardaşı oğlu Xarkovda öldürüldü

Katib Məmmədovun qardaşı oğlu Xarkovda öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs tələbədir və küçədə atışma zamanı güllələnib.
Samir Adgözəlli APA-ya açıqlamasında bildirib ki, Xarkovda öldürülən şəxs Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. Onun sözlərinə görə, hazırda atışma olduğu üçün küçədən meyiti götürmək mümkün olmadığını bildirib.