“KAPİTAL BANK” 43 GÜNDÜR MÜŞTRƏRİ ŞİKAYƏTİNİ ARAŞDIRA BİLMİR… – ŞİKAYƏT

“KAPİTAL BANK” 43 GÜNDÜR MÜŞTRƏRİ ŞİKAYƏTİNİ ARAŞDIRA BİLMİR… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Martın 15-i “Bir kart” ilə Oba marketdən 403.50 AZN-lik alış-veriş etmişəm. Problem olduğu üçün kartdan pul iki dəfə çıxıldı. “Kapital bank” 2 aydır hesabımdan silinən 400 manatın aqibəti barədə məlumat vermir”.

Tribuna.az yazır ki, bu barədə vətəndaş Murad Salayev sosial şəbəkədə yazıb. O bildirib ki, bank araşdırma üçün 10 gün vaxt istəsə də, 43 gündən çox vaxt keçməsinə baxmayaraq hələ də araşdırmanı yekunlaşdıra bilməyib:

“Ödəniş posterminalla çıxdı kartımdan. Kassir dedi ki, şəbəkədə problem olduğu üçün yenidən çıxmalıyıq və məndən əlavə 403,50 AZN çıxdı. Satıcı bildirdi ki, bankla əlaqə saxlayım, qaytaracaqlar. “Kapital bank” demək olar artıq 2-ci aydır ki, hələ də araşdırma aparır. Qəbz məndədir, hər şey də aydındır. Ancaq araşdırmanı yekunlaşdıra bilmirlər. Mənə 10 iş günü ərzində cavab veriləcəyi deyilmişdi, 43 gündür araşdırma gedir, ortada da heç nə yoxdur. Mən bu “Kapital bank” kimi məsuliyyətsiz, müştərini incidən ikinci bank görməmişəm”.