İSVEÇDƏN PKK AÇIQLAMASI: TÜRKİYƏNİN QEYD-ŞƏRTLƏRİ YERİNƏ YETİRİLƏCƏK

İSVEÇDƏN PKK AÇIQLAMASI: TÜRKİYƏNİN QEYD-ŞƏRTLƏRİ YERİNƏ YETİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Billström Türkiyənin İsveçin NATO üzvlüyünü bəyənməməsinin səbəbinin PKK-nın “geniş fəaliyyəti” olduğunu bildirib və əlavə edib: “Türkiyə qarşısında öhdəliklərimiz var”.

Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Dahens Nyheter qəzetinə danışan Billström Türkiyə qarşısında öhdəliklərinin olduğunu bildirib.

Billström, “Türkiyənin İsveçin NATO üzvlüyünü bəyənməməsinin səbəbi budur. Bu problemlə məşğul olmaq üçün Türkiyə qarşısında öhdəliklərimiz var” deyib.

Billström, Türkiyənin qeyd-şərtlərinin İsveçdə iyunun 1-də qüvvəyə minəcək yeni terror cinayət məcəlləsi ilə də qarşılanacağını açıqlayıb.