İsrail Pezeşkian və Laricaninin oturduğu binanı vurdu

İsrail Pezeşkian və Laricaninin oturduğu binanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bir qədər əvvəl İranda daha bir hücum əməliyyatı həyata keçirib. Tribuna.az xəbər verir ki, səhər saatlarında təşkil edilən hücum zamanı İranın Prezident Admnistrasiyası və Ali Təhlükəsizlik Şurasının binası hədəfə alınıb.

Rəsmi məlumata görə, İsrail tərəfində İran prezidenti Məsud Pezeşkian və Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin həmin binada olmalarına dair kəşfiyyat məlumatı olub. Həmin zərbədən sonra binaların hər ikisi dağıdılıb.

Bundan əlavə, təhlükəsizlik sektorunda qərarların qəbul edilməsindən məsul olan rejimin ali rəhbərlik orqanının iclaslarının keçirildiyi yer, eləcə də İran hərbi zabitləri üçün təlim mərkəzi və digər əsas infrastruktur hədəfə alınıb.

Qeyd edək ki, Pezeşkian və Laricaninin sağ olub, olmamaları barədə hər hansı məlumat yoxdur.

Fərda Uğur