İsrail ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

İsrail ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Hörmüz boğazında ilişib, qalmış yük gəmilərinin təhlükəsiz şəkildə çıxarılması üçün bir neçə gün əvvəl icrasına başladılmış “Azadlıq layihəsi” dünən dayandırılıb.

Tribuna.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp açıqlama yayaraq, Pakistanın xahişi ilə bu addımı atdıqlarını bildirib.

Lakin İsrail tərəfi vəziyyətin belə şəkil aldığını görərək, fərqli addım atmaq qərarı verib. Məlum olub ki, Təl Əviv ABŞ-ın Hörmüz boğazından gəmilərə rəhbərlik etmək əməliyyatlarının dayandırılması elanına baxmayaraq, ordunu yüksək hazırlıq vəziyyətinə gətirib. Və ehtiyat qüvvələrini hərbi xidmətə çağırıb.

Fərda Uğur