İşğaldan azad edilmiş ərazilərdə çayların təhlili” adlı layihə keçirilib

İşğaldan azad edilmiş ərazilərdə çayların təhlili” adlı layihə keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “İşğaldan azad edilmiş ərazilərdə çayların təhlili” adlı layihə uğurla icra olunaraq başa çatdırılıb. Layihə rəhbəri Ramil Babayev layihənin icra olunmasının mahiyyəti, Gənclər Fondunun layihənin təşkili və gənclərlə iş məsələlərində göstərdiyi dəstək ilə bağlı gəncləri məlumatlandırıb. Eyni zamanda layihənin icrası çərçivəsində işğal altında qalmış torpaqlarımızın mövcud vəziyyəti, təbii sərvətlərimizə qarşı həyata keçirilən işğalçılıq siyasəti və ekoloji terrorun qarşısının alınmasında gənclərin rolunun artırılması məsələləri ilə bağlı təlimlər keçirilib, qrup müzakirələri aparılıb. Layihənin icra müddəti 3 ay olaraq müəyyənləşdirilərək təlimlər 3 gün Bakı şəhəri Bakı Dayaq Mərkəzində, 1 gün isə Qobustan rayon Gənclər Evində keçirilməklə ümumilikdə 50 nəfər gəncin maariflənməsində əhəmiyyətli rol oynayıb.