Kenyada bir təriqət üzvləri İsa peyğəmbərlə tanış olmaq ümidilə ac qalaraq ölüblər.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bir təriqət lideri üzvlərinə ac qalacaqları və öləcəkləri təqdirdə cənnətə düşəcəkləri, orada İsa peyğəmbərlə tanış olacaqları vədiylə aldadıb.
Sahil şəhəri olan Malindi yaxınlığında həddən artıq arıqılamış şəkildə 58 nəfərin cəsədinin tapılması dəhşətli hadisənin detallarını ortaya çıxarıb. Məlum olub ki, aralarında uşaqların da olduğu bir təriqət üzvləri liderlərinin vədinə inanaraq ac qalmağı seçiblər. Nəticədə uşaqlar da daxil hamısı günlərlə davam edən aclıq səbəbindən ölüb. Polis ölənlərin sayının artacağını ehtimal edir. Çünki 115 nəfər də itgin düşüb. Təriqət liderinin evinə edilən basqın zamanı da həddən artıq arıq olan 15 nəfər işçi tapılıb.









