İRƏVAN ÜÇÜN UĞURSUZLUQ, PAŞİNYANIN ANKARA SƏFƏRİ, PAŞİNYAN ƏLİYEVİN ARXASINDA OTUZDURULDU –  EKSPERT

İRƏVAN ÜÇÜN UĞURSUZLUQ, PAŞİNYANIN ANKARA SƏFƏRİ, PAŞİNYAN ƏLİYEVİN ARXASINDA OTUZDURULDU – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin Türkiyə liderinin andiçmə mərasimində iştirakı istər diplomatiya, istər protokol, istərsə də milli ləyaqət baxımından qəbuledilməz idi. Türkoloq hesab edir ki, bu, dövlətin imici ilə bağlı problemdir.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, türkoloq Ruben Melkonyan deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın səfərini İrəvan üçün uğursuz, Türkiyə-Azərbaycan tandemi üçün isə uğurlu saymaq olar.

Türkoloq bildirib ki, iyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. Ermənistan hökumətinin başçısının Azərbaycan prezidenti İlham Əliyevin arxasında ikinci cərgədə əyləşməsi müxtəlif söz-söhbətlərə səbəb olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu mövzuya toxunaraq, “bu, protokol məsələsidir” deyib.

Türkoloqun fikrincə, hakimiyyət nə qədər baş verənləri protokolun tələbləri ilə əsaslandırmağa çalışsa da, Ermənistan alçaldıcı vəziyyətə düşüb. O hesab edir ki, birincisi, bu səfər baş nazir səviyyəsində olmalı deyildi.

O, qeyd edir ki, protokol təkcə mexaniki oturma deyil, mesajlar üçün platformadır. Və Türkiyənin protokol xidməti baş nazir Paşinyanı Əliyevin arxasına qoymaqla Ermənistanı necə qəbul etdiyini göstərdi. Melkonyan deyir ki, bu, qalibin bayramında uduzan ölkənin iştirakı idi.

O hesab edir ki, Ermənistan liderinin bu tədbirdə olması dövlət və erməni xalqı ilə bağlıdır. Yəni, təhqir təkcə konkret bir insana deyil, həm də dövlətçiliyimizə, erməni xalqına təsir edib.