İrəvan Aİ-nin Ermənistandakı monitorinq missiyasının imkanlarını genişləndirməyi təklif edir.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dərələyəzdə jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, müşahidəçilərin sayı Ermənistan və Azərbaycanın beynəlxalq sərhədlərini izləmək üçün kifayət etmir.
“Biz bütün tərəfdaşlarımıza müşahidəçilərin daha yaxşı müşahidə apara bilməsi üçün insanların sayını, eləcə də digər imkanları artırmağı təklif edirik”, – Qriqoryan bildirib.









