İrandan Fransaya sərt cavab: “Timsah göz yaşları tökməyin”

İrandan Fransaya sərt cavab: “Timsah göz yaşları tökməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı fransalı həmkarı Jan-Noel Barronun İranda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə etdiyi açıqlamasına münasibət bildirib.

Tribuna.az xəbər verir ki, bu barədə İran diplomatiyasının rəhbəri “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır”, – deyə nazir qeyd edib.

Əraqçı, həmçinin Barronu Minabdakı məktəbə edilən hücuma laqeyd yanaşmaqda ittiham edərək Parisi İrandakı insan haqları ilə bağlı vəziyyətə görə “timsah göz yaşları” tökməməyə çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra baş verən hadisələri xatırladaraq Tehranı insan hüquqlarını pozmaqda günahlandırmışdı.