İranda baş vermiş məlum qətliamdan sonra öldürülənlərlə bağlı müxtəlif rərəmlər açıqlansa da, konkret olaraq neçə insanın öldürüldüyü barədə dəqiq bilgilər yoxdur.
Tribuna.az xəbər verir ki, rəsmi dairələr 3300 nəfərin qətlə yetirildiyini etiraf edib.
Lakin müxtəlif mənbələr bu məlumatın doğru olmadığını bildirirlər. İndiyə qədər açıqlanan rəqəmlərdə isə öldürülənlərin sayının 36500 nəfər olduğu vurğulanır.
Lakin zaman keçdikcə yeni faktlar da meydana çıxır. Dünən “Xaricdəki İran Əmək Konfederasiyası” yanvarın 8-9-da qətlə yetirilən daha 400 nəfərin adlarını açıqlayıb. Təşkilat bildirib ki, onların meyidləri hadisə baş verən şəhərlərin morqlarında saxlanılırmış.
Fərda Uğur









