İran Zəngəzur dəhlizini “süngü” ilə qarşıladı: Təhdid və tənqidlər dilə gətirildi

İran Zəngəzur dəhlizini “süngü” ilə qarşıladı: Təhdid və tənqidlər dilə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ötən gün TRİPP layihəsi üzər işlərə rəsmi start verməsindən sonra İrandan ard-arda reaksiyalar gəlməyə başlayıb.

Tribuna.az xəbər verir ki, artıq keçmiş səfirlər, hazırda dini liderin müşaviri və digərləri hadisəni “süngü” ilə qarşılayıblar.

İranın keçmiş diplomatı və beynəlxalq məsələlər üzrə analitik Hüseyn Əlizadə iddia edib ki, TRİPP layihəsi Cənubi Qafqazın geosiyasi balansını ABŞ, Türkiyə və Azərbaycanın xeyrinə, Tehran və Moskvanın isə ziyanına dəyişə bilər.

Tribuna.az bildirir ki, İranın keçmiş prezidenti İbrahim Rəisinin ofisinin keçmiş müavini Mehdi Mücahidi də məsələyə reaksiya verib. O deyib ki, “TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) həyata keçirilməsinə etiraz edir. “Çünki Araz dəhlizini İranın şimalındakı əsas geosiyasi üstünlük və ölkənin qırmızı xəttidir. Əgər cənubdakı Hörmüz boğazı İranın geosiyasi üstünlüyüdürsə və biz onu qorumaq üçün doqquz aydır mübarizə aparırıqsa, Araz dəhlizi də şübhəsiz ki, İranın şimalda və Xəzər bölgəsində qəti üstünlüyüdür. Onun təhlükəsizlik və strateji əhəmiyyəti o qədər də uzaq olmayan gələcəkdə aydın olacaq. Ölkənin bu qırmızı xəttini gözardı etmək olmaz”.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin isə “Tabnak” saytına açıqlamasında qeyd edib ki, İran TRIPP layihəsində (Zəngəzur dəhlizində) ABŞ şirkətlərinin iştirakından narahatdır. “Ermənistan və Azərbaycanın sözügedən şirkətlərin bölgədə fəaliyyətinə icazə verməsi ehtimalı azdır”.

Onun sözlərinə görə, Zəngəzur dəmir yolunun tikintisi üçün Azərbaycan və Ermənistan arasında razılaşma zəruridir. “Marşrutun yalnız Azərbaycan və onun Naxçıvan bölgəsini birləşdirəcək şəkildə açılması Ermənistanın maraqlarına uyğun olmayacaq”.

Pakayin həmçinin Araz dəhlizi barədə də anışıb. “Azərbaycan ərazisindən İran vasitəsilə Naxçıvana gedən avtomobil yolu hazırda fəaliyyət göstərir və bu marşrutda dəyişiklik gözlənilmir”.

Və ən nəhayət İranın dini liderinin müşaviri Məhəmməd Möhbər də mövzu ilə bağlı daha sərt danıəşıb. O deyib: “Saxta marşrutlar heç vaxt əsl dəhlizləri əvəz etməyəcək. İstər İranın cənubunda, istərsə də şimalında, istər Hörmüz boğazından, istərsə də TRIPP-dən (sözdə Zəngəzur) keçən cənub marşrutu olsun. İranın bölgədəki geosiyasi maraqları bizim qırmızı xəttimizdir və biz onun keçilməsinə icazə verməyəcəyik. Hörmüz boğazının nümunəsindən dərs çıxarın”.

Fərda Uğur