İspaniyanın “Barselona” klubu ilə birlikdə Bakıya səfər etməyən ulduz futbolçu Lamin Yamalın Azərbaycana gəlməməsinin səbəbi məlum olub.
Tribuna.az xəbər verir ki, futbolçu sağ topuğundakı yüngül narahatlıq səbəbindən komandanın səfər heyətinə daxil edilməyib.
Klubun məlumatına görə, Yamalın vəziyyəti nəzərə alınaraq onun səfərdə iştirakı məqsədəuyğun hesab edilməyib. Bu qərar futbolçunun sağlamlığını riskə atmamaq və mümkün zədənin qarşısını almaq məqsədi daşıyır.
İspaniyanın “Cadena SER” radiosunun məlumatına əsasən, qərar klub və futbolçunun qarşılıqlı razılığı ilə qəbul edilib. Yamalın “Vilyarreal”la oyundan əvvəl də isinmə zamanı sağ topuğunda narahatlıq hiss etdiyi bildirilir.
Qeyd edək ki, klub onun növbəti bazar günü keçiriləcək “Deportivo” ilə matça hazır olacağını gözləyir.
Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində Bakıda “Sabah”la qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Gülşən Rəsul









