İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: Azərbaycan nə qazanacaq?

İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: Azərbaycan nə qazanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İran arasında iki mühüm məsələdə razılaşma əldə olunub.

Tribuna.az xəbər verir ki, onlardan biri Rusiyanın Azərbaycan üzərindən İrana elektrik enerjisi satmasıdır.

İranın Energetika Nazirliyi bildirib ki, bu razılaşmanın əksər detalları təsdiqlənib. Onun icrası üçün zəruri addımların atılması üçün tərəflər gün müəyyən edəcəklər.

İkinci mühüm məsələ isə Rusiyadan İrana qaz kəmərinin çəkilməsidir. Rəsmi Tehran bu mövzuda da Moskva ilə razılığa gəldiyini bəyan edib.

Həmin razılaşmaya əsasən qaz kəməri Azərbaycan üzərindən keçəcək və Hindistana qədər uzanacaq. Həmin kəmərlə ildə 55 milyard kub metr təbii qazın nəqli nəzərədə tutulur. Bu isə ildə orta hesabla 12-18 milyadr dollar pul deməkdir.

Hər iki xəttin Azərbaycan üzərindən keçməsi ölkəmizə nə verəcək? Aydın məsələdir ki, Azərbaycan tranzit haqqı alacaq. Elektrik enerjisində hansı miqdarda tranzit haqqının alındığı məlum olmasa da, “mavi yanacaq”da bu rəqəm bəllidir. Belə ki, mövcud qaydalara əsasən layihənin rəhbərləri tranzit ölkələrə hər kub metr üçün 0.12 dollar ödəniş edirlər. Bu isə orta hesabla illik tranzit haqqının 6.6 milyard dollar olacağını deməyə əsas verir.

Fərda Uğur