İrana məxsus “İris Buşehr” hərbi gəmisi dünən Şiri Lanka sahillərinə yaxınlaşaraq, lövbər salıb.
Tribuna.az xəbər verir ki, mühərrikin nasaz olması səbəbi ilə limana yaxınlaşan heyət qəribə addım atıb.
Belə ki, onlar quruya çıxan kimi qaçıblar. Şiri Lankanın müxtəlif yerlərinə dağılan iranlı hərbçilər gəmiyə qayıtmaq fikrində olmadıqlarını bildiriblər.
Məlumata görə, “İris Buşehr” hərbi gəmisində 208 dənizçi, o cümlədən 53 zabit və 84 zabit kursant olub.
Onların belə bir addım atmasının səbəbi isə bir neçə gün bundan əvvəl Hind okeanında İranın iri hərbi gəmilərindən birinin ABŞ sualtı qayığı vasitəsi ilə batırılmasıdır. Həmin vaxt 108 iranlı matros həlak olmuşdu. 74 nəfərin isə ağır vəziyyətdə yaxın ölkələrin xəstəxanalarına yerləşdirildiyi bildirilirdi. Görünür, həmin hadisənin qorxusu onları belə bir addım atmağa vadar edib.
Əli Baba









