“İlham Əliyev və Ərdoğan Rusiya ilə danışıqların təşkilini təklif ediblər” – Zelenski

“İlham Əliyev və Ərdoğan Rusiya ilə danışıqların təşkilini təklif ediblər” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər”.

Hit.az Türkiyə  KİV-ə   istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə müraciətində deyib.

O,  həmçinin ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacağını qeyd edib.

“Biz layiqli cavab veririk. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, – Zelenski bildirib.