Elm və təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində olan idman müəssisələrinin Gənclər və İdman Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı sualı cavablandırıb.
Tribuna.az xəbər verir ki, bu barədə nazir keçirdiyi brifinqdə danışıb. O qeyd edib ki, idman müəssisələrindəki problem genişdir və cəmiyyətin problemidir: “Bu məktəblərin mahiyyəti ilk növbədə peşəkar idmançı yetişdirmək deyil. Bu, onun üçündür ki, uşaqlar məktəbdən sonrakı boş vaxtlarında gedib orada məşğul olsunlar. Təbii ki, peşəkar idmançılar da onların arasından çıxır. Lakin hər iki qurumun tabeliyində olan belə müəssisələrinin əsas məqsədi Azərbaycan xalqına xidmət etməkdir”.









