İcra hakimiyyəti qazilərin problemlərini həll etmir – Hüquqşünas

İcra hakimiyyəti qazilərin problemlərini həll etmir – Hüquqşünas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi marafon keçirilir. Onlar hər ay nəticələrlə bağlı ictimaiyyətə hesabat verirlər. Orada nə qədər müharibə iştirakçısının işlə təmin olunduğu qeyd olunur. Birinci Qarabağ müharibəsində iştirak edib hələ əmək qabiliyyətli olanlar da var. Bu, onlara da aiddir. Eyni zamanda şəhid ailələrinin də məşğulluğu təmin olunmalıdır. ​ Amma hər təklif olunan iş qəbul oluna bilmir”.
 
Bakupost.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
Hüquqşünasın dediyə görə, Vətən müharibəsi iştirakçılarının içərisində sağlamlığını itirib əllilik dərəcəsi almış insanlar var. Onlar üçün hər iş münasib, uyğun deyil. Buna görə bəzən problemlər yaranır:
”Yerli icra hakimiyyəti orqanları bir çox hallarda bu problemləri həll etməyə yetərincə səy göstərmirlər. Ancaq hamısına aid deyil”.