İCBARİ TİBBİ SIĞORTA HANSI KLİNİKALARDA İŞLƏYİR, HANSILARDA YOX… – RƏSMİ CAVAB

İCBARİ TİBBİ SIĞORTA HANSI KLİNİKALARDA İŞLƏYİR, HANSILARDA YOX… – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox özəl tibb müəssisələrində icbari tibbi sığorta işləmir. Sanki özəl klinikalar başqa dövlətin ərazisində və başqa ölkələrin qanunları ilə fəaliyyətlərini müəyyən edirlər. Axı necə ola bilər ki, bir klinika üçün sığorta sistemi keçərlidir, digərində işlək deyil?! Deməli, bu sahədə ciddi boşluqlar, iri axsaqlıqlar mövcuddur.
Tribuna.az bu mövzuda araşdırma aparıb və ortaya çıxan nəticə ondan ibarətdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hansı klinika ilə müqavilə imzalayıbsa, icbari tibbi sığorta yalnız həmin tibb müəssisəsində tətbiq olunur. Dövlət Agentliyindən sorğumuza verilən cavabda təsdiqlənir ki, bəli, müqavilə bağladıqları tibb müəssisələri var.
Onların sayı isə 122-yə qədər yüksəlib. Hazırda bağlanmış müqavilə şərtlərini tam yerinə yetirmədiyinə görə Agentlik tərəfindən göndəriş vərəqələrinim göndərilməsi dayandırılan özəl klinika yoxdur. Agentlikdən sorğuya cavabda qeyd edilib ki, müqaviləli tibb müəssisələrinin seçimi prosesində müəyyən meyarlar nəzərə alınır.
“Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 122-ə qədər yüksəlib.
Tibb müəssisələrin sayı artmaqda davam edir. Müqaviləli tibb müəssisələrinin seçimi prosesində müəyyən meyarlar nəzərə alınır.
Belə ki, tibb müəssisələri vətəndaşın lazımi ambulator və ya stasionar tibbi xidmətdən yararlana bilməsi üçün daha geniş çeşiddə xidmət göstərmək iqtidarında olmalıdır.
Həmin tibb müəssisəsi Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin göstərilməsi üçün ixtisaslı həkim və digər tibb heyəti, eləcə də müvafiq avadanlıq və təchizatı təmin edə bilməlidir”- deyə rəsmi cavabda vurğulanıb.
Agentlik ən çox göndəriş olan klinikaların adlarını da açıqlayıb: “Bu ilin yanvar-mart ayları ərzində vətəndaşların seçiminə əsasən göndəriş verilən aşağıdakı müqaviləli tibb müəssisələri üstünlük təşkil edib:
Gəncə Beynəlxalq Xəstəxanası
İstanbul NS Klinikası
Kəpəz Hospital
Avrasiya Hospital
Regional Hospital (Mingəçevir)
Dünyagöz
OKI Hospital və s.