Hafiz Məmmədovun bu oteli də əlindən alındı-FOTO

Hafiz Məmmədovun bu oteli də əlindən alındı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş oliqarx Hafiz Məmmədova məxsus Bakının bir vaxtlar ən məşhur oteli olan “Ramada Shamdan” əlindən alınıb.

Tribuna.az-a xəbər verir ki, bu barədə məlumatı Xitab24.az saytı yayıb. Məlumata görə, buna səbəb sabiq iş adamının milyonlarla kredit borcunun olmasıdır.
Məlumatda qeyd edilib ki, Hafiz Məmmədov vaxtilə rəhbəri olduğu “Bank of Azərbaycan” vasitəsilə Mərkəzi Bankdan külli miqdarda kredit götürüb, nəticədə onun Mərkəzi Bank qarşısında öhdəliyi yaranıb. Bu məbləğin 50 milyon manat civarında olduğu bildirilir.

Mərkəzi Bank tərəfindən satışa çıxarılan hotelin ilkin başlanğıc qiyməti 16 400 000 manat təşkil edir.

Qeyd edək ki, hotel hazırda yararsız vəziyyətdədir. Vergi borcu da olan hotel buna qədər Hafiz Məmmədovun böyük oğlu Kənan Məmmədovun adına idi. Vaxtilə Hafiz Məmmədov Bakıya gələn İspaniyanın “Atletiko” (Madrid) klubunu da məhz bu hoteldə qəbul etmişdi.

Gülşən Rəsul