Norveç millisinin ulduz futbolçusu Erling Haalandın oyunsonrası davranışı və Braziliya yığmasının aparıcı oyunçusu Vinisius Juniorun jesti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
skacat xəbər verir ki, Haaland komandasının dünya çempionatının dörddəbir finalına yüksəlməsində mühüm rol oynayaraq iki qola imza atıb. Qarşılaşmadan sonra o, jurnalistlərə müsahibə verərkən Vinisius Junior ona yaxınlaşaraq əlini sıxmaq istəyib.
Bu anı görən Haaland müsahibəsini yarımçıq saxlayaraq Vinisiusu qucaqlayıb. Səmimi görüntülər azarkeşlər tərəfindən alqışla qarşılanıb.
Qeyd olunur ki, Haalandın vurduğu iki qol Braziliya millisinin turnirlə vidalaşmasına səbəb olsa da, Vinisius Junior rəqib futbolçuya hörmət nümayiş etdirərək idmanda fair-play ruhunun gözəl nümunəsini sərgiləyib.
Sosial şəbəkə istifadəçiləri Vinisiusun bu addımını turnirin ən yaddaqalan idman jestlərindən biri kimi qiymətləndiriblər. Bir çox paylaşımda isə “Məğlub olsan da, yenə də qalibsən” ifadəsi ilə futbolçunun davranışına yüksək qiymət verilib.
Gülşən Rəsul









