Gövhər Həsənzadənin yaradıcılığı – FOTO

Gövhər Həsənzadənin yaradıcılığı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü, MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin üzvü, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının Bədii Şurasının üzvü, “Müəllif Hüquqları Uğrunda” İctimayi Birliyin sədri, bəstəkar Gövhər Həsən-zadə Azərbaycanın bir çox sevilən peşəkar mahnılarının müəllifi olaraq Azərbaycandan kənarda da yaradıcılığını uğurla davam etdirir.

image-img-20220309-wa0076 image-img-20220309-wa0079 image-img-20220309-wa0082

2008-ci ildə Azərbaycanı ilk dəfə Avropanın ən möhtəşəm musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsində “Day after day” mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi yüksək səviyyədə təmsil etmiş, 2013-cü ildə isə “Türkvizion” beynəlxalq musiqi yarışmasında yenə də Azərbaycanı ilk dəfə təmsil edərək “ Yaşa” mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırmışdır.

image-img-20220309-wa0092 image-img-20220309-wa0093 image-img-20220309-wa0094

Bu günə qədər Azərbaycan sənətkarları ilə bərabər Türkiyyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, İn-Grid, MİŞA, Pınar Aylin, Bengü, “Stodio-A”, Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, SENEM və bir çöx peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda Onun mahnıları vətənin sərhədlərini aşaraq bir çox ölkələrlə yanaşı həm də qardaş Türkiyyədə oxunur və yetərincə tanınır.

image-img-20220309-wa0081 image-img-20220309-wa0077 image-img-20220309-wa0078 image-img-20220309-wa0080

Bu məhsuldar işlərin görülməsində Türkiyyənin tanınmış şairəsi Ayşə Birgül Yılmazın böyük dəstəyi və yaradıcılıq qatkısı var. Gövhər xanımın peşəkar və sıx işbirliyi Ayşə Birgül Yılmazla 1995-ci ildən Raksın Bakı nümayəndəliyinin açıldığı dövürdən bu günə qədər davam edir. Azərbaycan musiqisinə, sənətinə, mədəniyyətinə, adət-ənənələrinə və ümumiyyətlə Azərbaycana böyük sevgisi olan, gözəl qələm sahibi Ayşə Birgül Yılmaz, tamaşaçılarımıza Govhər Həsən-zadənin bəstələdiyi Kanun Yıldırımın və Ayla RAİ nin ifa etdiyi “Deyə-deyə”, İradə İbrahimovanın ifa etdiyi “Son qərar”, “Nəydi”, Aysel Əlizadənin ifa etdiyi “Ağlayınca”, Hazan Medetoğlu və Samir Piriyevin ifa etdiyi “Ben öyleyim” və bir çox populyar mahnıların söz yazarıdır.

image-img-20220309-wa0083 image-img-20220309-wa0084 image-img-20220309-wa0086

Bu məsuldar və uğurlu işbirliyinin daha bir nümunəsini “İstiyorum ” adlı mahnını bu gün Tamaşaçılara təqdim etmək istədik. Mahnının sözləri Ayşə Birgül Yılmaz, musiqisi Gövhər Həsən-zadə, aranjıman Selim Çaldıran, mix-master Candar Köker, klip yönetmeni Teoman Topçu, ifa Ayla İşıla aiddir.Ümidvarıq ki, bu müsiqi tezliklə dəyərli tamaşaçılarımızın zövqünü oxşayan və sevilərək dinlənən mahnılardan olar.