Rusiya sülhməramlı qüvvələrinin komandir ilə separatçıların görüşü başa çatıb. Tribuna.az yazır ki, görüşdə qondarma rejimin saxta prezidenti, dövlət naziri, oyuncaq daxili işlər və müdafiə nazirləri iştirak ediblər.
“Rusiya sülhməramlı qüvvələrinin komandanı bizi dinlədikdən sonra dedi ki, yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşlər keçirəcək və həftənin sonunda məsələni həll edə və məlumat verə biləcək”, – deyə “dövlət naziri” Nersisyan bildirib.
Eyni zamanda, Nersisyan Ermənistan Respublikasının vətəndaşlarına, hakimiyyət orqanlarına müraciət edərək bütün siyasi və diplomatik tədbirləri görməyə çağırıb: “Sizin hərəkətsizliyiniz və ya passivliyiniz artsax sakinlərinin gündəlik iztirablarıdır. Bütün dünya ermənilərinə müraciət edirəm: üzünüzü artsaxa çevirin, əzab-əziyyət bahasına erməni artsaxını tutan insanlara baxın”.









