Gədəbəy rayonunun baş memarı vəzifəsindən azad edilib.TİA.AZ xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, əmrə əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Vidadi Qəmbər oğlu Ələkbərov tutduğu vəzifədən azad olunub.
Onun yerinə hələ ki, təyinat yoxdur. (Report)









