“FRANSA VƏ Aİ-NİN AZƏRBAYCAN VƏ ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ MƏQSƏDİ SÜLHÜN BƏRPASIDIR” – KETRİN KOLONNA

“FRANSA VƏ Aİ-NİN AZƏRBAYCAN VƏ ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ MƏQSƏDİ SÜLHÜN BƏRPASIDIR” – KETRİN KOLONNA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regiondakı vəziyyətə və Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, Fransa və Avropa İttifaqının yeganə məqsədi sülh və etimad mühitini bərpa etməkdir”.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Cermukda jurnalistlərlə söhbətində deyib.

“Yalnız sülh sazişi bu vəziyyətdən irəli gələn bütün digər məsələləri həqiqətən həll etməyə imkan verəcək. Ona görə də Aİ silahlı deyil, mülki missiya olan müşahidə missiyası göndərib. Missiyanın məqsədi Aİ ölkələrinə yerli vəziyyətlə bağlı birbaşa sübutlar əldə etmək imkanı verən yerlərdə vəziyyəti qeydə almaqdır. Fikrimizcə, missiya çox faydalıdır və bu missiyanın işi sayəsində biz sülh yolu ilə irəliləyə biləcəyik”, – Fransanın xarici işlər naziri bildirib.

Ketrin Kolonna qeyd edib ki, bir tərəfdən mühüm işlər görən Aİ-nin monitorinq missiyasına dəstəyini göstərmək, digər tərəfdən də vəziyyəti yerindəcə görmək üçün Cermuka səfər etməsi vacibdir. “Əlbəttə, biz sənədlər əsasında vəziyyəti öyrənirik, lakin bunu öz gözlərimizlə görmək də çox vacibdir və bu səfərlə biz dost erməni xalqına dəstəyimizi və əməkdaşlığımızı bir daha təsdiqləyirik”, – deyə nazir bildirib.