“Formula-1”-in keçiriləcəyi bu yollar gecə bağlanacaq – Xəbərdarlıq

“Formula-1”-in keçiriləcəyi bu yollar gecə bağlanacaq – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır:

“Növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir”.