Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Tribuna.az xəbər verir ki, görüş zamanı diplomatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Ukraynadakı vəziyyət, NATO-nun genişləndirilməsi və ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd olunur ki, müzakirələr Ukraynanın yenidən qurulmasına həsr olunmuş iki günlük beynəlxalq konfrans çərçivəsində baş tutub.









