“Azaqro-SP” MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir. İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır. Tribuna.az araşdırıb ki, şirkətin rəhbəri Taleh Məmmədovdur. Bu MMC sabiq vergilər naziri Fazil Məmmədovun biznesinə daxil “Synergy Group” MMC holdinqə daxildir.









