Erməni hüquq müdafiəçisi Anahit Manasyan Dağlıq Qarabağa səfər etmək üçün mümkün variantları tapmağa çalışır.
Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Manasyan bunu hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması məsələsinə toxunaraq bildirib.
“Mən bu məsələyə iki ölçü baxımından yanaşıram. Biri beynəlxalq ictimaiyyətlə işdir ki, indiki mərhələdə çox fəal işləyirəm. Mən öz təşəbbüsümlə bu problemi bütün mümkün beynəlxalq aktorlar qarşısında qaldırıram, onlarla indiki mərhələdə problemlərin həlli baxımından mümkün olan yolları müzakirə edirəm. Təbii ki, mən onları insan hüquqlarının müdafiəsi baxımından qaldırıram”, – deyə Manasyan bildirib.









