Ermənilər Füzulini atəşə tutdu

Ermənilər Füzulini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun Füzuli  rayonunun Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

TİA.AZ xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.