Əmrullayevin riyazi biliyi olsaydı… – Sabiq deputat (VİDEO)

Əmrullayevin riyazi biliyi olsaydı… – Sabiq deputat (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazırlar ki, Emin Əmrullayev Xankəndidə dərs keçdi. Nazir test kitabçasından uşaqlara bir tənlik yazır.
Əlində tutduğu dərsliyə oxşamır. Düşünülmüş ssenaridir. Ay savadsızlar, Emin Əmrullayev riyaziyyatçı deyil. O, bilirdi ki, Xankəndində məktəbi ziyarət edəcək.

Tribuna.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev deyib. O bildirib ki, Emin məllimin orta məktəbdən babat riyazi biliyi olsaydı, kitabçasız, özünün biliyi çərçivəsində uşaqlara bir tənlik yaza bilərdi:

“Kitabçadan köçürdüyü tənliyin həlli üçün lövhə qarşısına çıxan uşağın tənliyi düz və ya səhv həll etməsini nazir necə başa düşə bilər? Axı o riyaziyyatçı deyil… Oxuduğu liseydə də ən zəif şagird olub.

Bu cür artistlik nəyə lazımdır? Cəmiyyəti ələ salırsınız?”.

Sözügedən görüntülərlə bağlı danışan Ali təhsil üzrə ekspert, dosent İlham Əhmədov isə bildirib ki, nazirin görüngüləri reklam xətrinə çəkilib:

“Nazir fizika-riyaziyyat təmayüllü liseyin məzunudur. O liseyin hətta zəif məzunları da təbiət, texniki elmlər, mühəndis elmləri, iqtisadiyyat üzrə ali təhsil alırlar. Amma nədənsə Əmrullayev politologiya üzrə ali təhsil almaq qərarı verib.

Rəhmətlik Maarif naziri M. Mehdizadə də bəzən məktəblərdə dərs aparırdı. O, əsasən müəllimlərə dərs deyirdi. Onun dərsləri müəllimlər üçün maraqlı və faydalı olurdu. Bu dərsdə isə təbiilik yoxdur, daha çox reklam yönlüdür”.

Gülşən Rəsul