Tanınmış meyxanaçı Ələkbər Yasamallı Bakıya qayıdıb.
Tribuna.az xəbər verir ki, bu barədə meyxanaçının sosial şəbəkə hesabında sonuncu paylaşımında yazılan rəylərdə əks olunub. Belə ki, sənətçinin paylaşdığı videodan da onun Bakıda olduğu görünür.
Bundan əlavə, onun tanışlarından biri də Ələkbərin Bakıya qayıtmasını Lent.az-a təsdiqləyib.
Qeyd edək ki, Ələkbər Yasamallı bir neçə aydır ki, müalicə olunmaq üçün Almaniyaya getmişdi.









