“Əks-hücuma hazırıq” – “Hamı havanı və komandanlığın qərarını gözləyir”

“Əks-hücuma hazırıq” – “Hamı havanı və komandanlığın qərarını gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qlobal mənada biz böyük faiz göstəricisi ilə (əks-hücum əməliyyatına) hazırıq. İndi iş Baş Qərargahdan və komandanlıqdan asılıdır. Qoşunlarımız komandanlığın hücum qərarını və hücuma imkan verən hava şəraitini gözləyir”.

Tribuna.az xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Aleksey Reznikov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hücum hazırlığı “finiş xəttindədir”. Reznikov deyib ki, Ukrayna Ordusu çoxlu sayda “Bradley”, “Marder”, “Stryker” və bu qəbildən olan digər zirehli maşınlarla təmin olunub.

Nazir onu da əlavə edib ki, ABŞ-ın “Abrams” tankları bu əks-hücumda iştirak etməyəcəklər. Çünki hücum başlayana qədər bu tankların mənimsənilməsini və döyüş meydanına göndərilməsini çatdıra bilməyəcəklər.

Əvəzində, Ukrayna Ordusunun hazırladığı tank koalisiyasına daxil olan “Leopard 2” və “Challenger”-dən başqa, bu sıraya tezliklə “Leopard 1″ də əlavə ediləcək.