“Ege Group”la Çində təhsil: Akademik uğurdan qlobal zirvəyə

“Ege Group”la Çində təhsil: Akademik uğurdan qlobal zirvəyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mikayıl Mirzəzadə: “Bu, gənclərə qlobal layihələrdə iştirak imkanı qazandırır”

“Dünya sürətlə dəyişir və qloballaşan əmək bazarında uğur qazanmaq üçün tələbələr yalnız akademik biliklərə deyil, həm də strateji düşüncə, beynəlxalq təcrübə və çevik bacarıqlara sahib olmalıdır. Bu baxımdan, Çində təhsil gənclərə həm akademik, həm də peşəkar baxımdan misilsiz imkanlar təqdim edir”.

Ege Group” Xaricdə Təhsil və Karyera Mərkəzinin təsisçisi, təhsil eksperti Mikayıl Mirzəzadə bildirir ki, Çin dünyanın iqtisadi, texnoloji və innovasiya mərkəzlərindən biri olaraq tələbələrə ən son biliklərə çıxış, qabaqcıl laboratoriyalar və real dünya layihələrində iştirak imkanları yaradır: “Burada təhsil alan tələbələr yalnız universitet diplomu qazanmaqla kifayətlənmirlər. Onlar gələcəyin qlobal liderləri və rəqabətədavamlı mütəxəssisləri kimi formalaşırlar”.

M.Mirzəzadə əlavə edir ki, “Ege Group” tələbələri yalnız yönləndirmir, onları bütün mərhələlərdə müşayiət edir: “Universitet seçimi, müraciət sənədlərinin hazırlanması, qəbul prosedurları, viza və yaşayış məsələləri, akademik və karyera bələdçiliyi, bütün prosesi tam şəffaf və fərdi yanaşma ilə idarə edirik. Məqsədimiz tələbələrimizi yalnız universitetə qəbul olmaqla kifayətlənməyən, eyni zamanda qlobal mühitdə rəqabət edə biləcək liderlər kimi yetişdirməkdir”.

Müsahibimizin sözlərinə görə, Çində təhsil alan tələbələr eyni zamanda dünya səviyyəli təhsil müəssisələri ilə əməkdaşlıq qurur, beynəlxalq əlaqələr şəbəkəsini genişləndirir və praktiki təcrübə qazanırlar. “Bu təcrübə onlara həm akademik uğur, həm də professional inkişaf və qlobal karyera imkanları yaradır. Burada əldə edilən bilik və bacarıqlar tələbələrin istər akademik, istərsə də iş dünyasında fərqlənməsinə imkan verir” – O qeyd edir.

O qeyd edir ki, “Ege Group” Azərbaycandan, Türkiyədən, Özbəkistandan və Qazaxıstandan olan gəncləri qlobal dünyaya çıxaran platforma rolunu oynayır: “Hər bir tələbə yalnız universitet diplomu ilə deyil, həm də dünya miqyasında rəqabət apara biləcək bilik, bacarıq və əlaqələrlə öz gələcəyini qurmalıdır. Bu səbəbdən Çində təhsil proqramlarımız akademik uğurla kifayətlənməyən, eyni zamanda qlobal perspektiv, peşəkar inkişaf və liderlik bacarıqları əldə etmək istəyən tələbələr üçün idealdır”.

Əlavə edir ki, tələbələr təhsil müddətində Çinin nüfuzlu istehsal müəssisələrində iştirak edir, rəqəmsal və süni intellekt bacarıqlarını artıracaq layihələrə cəlb olunur. Bu, onların qarşısında unikal fürsətlər açır. Təkcə Çində deyil, Çinlə əlaqəli fəaliyyət göstərən digər ölkələrdə də gənclərimiz karyera imkanları qazanırlar” – deyə Mirzəzadə fikrini tamamlayır.

Xatırladaq ki, regionda sürətlə inkişaf edən “Ege Group” Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanda minlərlə gəncin gələcəyini formalaşdırır. Dörd ölkədə filialları fəaliyyət göstərən şirkət, Çin, Avropa, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bəzi qabaqcıl dünya universitetlərinin eksklüziv partnyorudur.