“DƏRSLƏR SAAT 7-DƏ BAŞLASIN…” – EKSPERTDƏN TƏKLİF

“DƏRSLƏR SAAT 7-DƏ BAŞLASIN…” – EKSPERTDƏN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayında saat 6-da artıq hava kifayət qədər işıqlanır. İsti hava şəraiti ilə əlaqədar may ayında dərslər daha tez başlayıb, günortanın yüksək istisi düşmədən dərsləri bitirmək olar.

Tribuna.az yazır ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, bu cür istilərdə dərsə getmək çətinlik yaradır:

“Hələ may ayının 24-üdür, Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin isti hava ilə bağlı səhhətində problemlər müşahidə olunur. Artıq bir neçə məktəblinin ürəyi gedib, özündə narahatlıq hiss edənlər var.
Bu bir daha təstiq edir ki, may ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır. Amma bundan əlavə, artıq Azərbaycan bir neçə ildir ki, yay – qış vaxtına keçid etmir. Günəş daha erkən saatlarda çıxır. Ona görə də may ayında dərslər saat 8 də yox, 1 saat daha tez başlaya bilər.
15 gündür ki, hər gün izləyirəm, saat 6-da artıq hava kifayət qədər işıqlanır.
İsti hava şəraiti ilə əlaqədar may ayında dərslər daha tez başlayıb, günortanın yüksək istisi düşmədən dərsləri bitirmək olar”.