“Davam” Gənclər Hərəkatı tərəfindən start verilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənlənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə davam edir.
TİA.AZ xəbər verir ki, layihə çərçivəsində 30 nəfərlik fərqli iştirakçı qrupları ilə yekun 5 təlim baş tutub. Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında keçirilən təlimlər zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə “Twitter” üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.


















