Rusiyanın NTV kanalının tanınmış aparıcısı Liliya Gildeyeva istefa verib.
Bu barədə aparıcı Telegram hesabında yazıb.
Onun sözlərinə görə, xaricə gedib və istefa ərizəsini oradan yazıb.
“Mən qorxdum ki, məni elə-belə buraxmazlar, ona görə istefa ərizəsi yazdım”, – deyə Liliya Gildeyeva bildirib.
Qeyd edək ki, Liliya Gildeyeva 2013-cü ildən NTV kanalının “Seqodnya” proqramında çalışırdı. O, verilişi televiziya jurnalisti Aleksey Pivovarovla birgə aparıb.









