DAHA BİR PARTİYA ÖZÜNÜ BURAXIR – ÖZƏL

DAHA BİR PARTİYA ÖZÜNÜ BURAXIR – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zaman Partiyası da fəaliyyətini dayandırmağa hazırlaşır. Tribuna.az məlumat verir ki, buna səbəb 5 min üzv tələbini doldura bilməməsidir. Partiya 2007-ci ildə qeydiyyata alınıb və sədri Musa Ağayevdir. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 17-yə çatıb. Belə ki, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Tribuna.az