“DAD HOUSE” MÜŞTƏRİYƏ ÇAY VERMƏDİ… “TORT, MÜRƏBBƏ DƏ AL, ÇAY VERİM” –  ŞİKAYƏT

“DAD HOUSE” MÜŞTƏRİYƏ ÇAY VERMƏDİ… “TORT, MÜRƏBBƏ DƏ AL, ÇAY VERİM” – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranın məşhur “Dad House” restoranında çay içmək istəyən müştəriyə tort və ya mürəbbə almayacağı təqdirdə çay verməkdən imtina ediblər.

Tribuna.az yazır ki, bu barədə Nərgiz İsmayılova sosial şəbəkədə yazıb. O bildirib ki, “Dad House”da sadə çay içmək mümkün deyil, mütləq çay dəstgahı sifariş verilməlidir:

“Lənkəranda “Dad House”da Lənkəran çayı içmək istədik. Menyuda Lənkəran çayı 8 manat yazıldığı halda restoran bizə çay verməkdən imtina etdi. Səbəb odur ki, çay içmək istəsək sadəcə çay dəstgahı sifariş verə bilərik, balqabaq mürəbbəsi isə mütləqdir. Menyuda çayın önündə “ancaq dəstgahla sifariş verilməlidir” yazılmadığı halda, ailəlikcə getdiyimiz məkanda ofisiant bizə çay verməkdən imtina etdi, meneceri çağırdıq. Bizə dedi ki, mürəbbələri və tortları almasanız çay vermirik, yoxsa bura çayxana olar. Bir çox məşhur Lənkəran restoranlarında Lənkəran çayı 4 manat olduğu halda “Dad House”da 8 manat idi, bu qalsın kənara, 4 qadın getmişdik ora, kişi olsaydıq yenə deyərdik çayxana modeli yaratmışıq. Aramızda şəkər xəstəsi xanımlar var idi, susamışdılar və o təklif olunan mürəbbələri yemək imkanları yox idi, kilometrlərcə yol get və belə hörmətsizlik gör. Görəsən “Dad House” rəhbərliyi nə düşünür?”.
Şikayətçi həmçinin bildirib ki, ofisianta çatmalı olan xidmət haqqı da digər restoranlarla müqayisədə yüksəkdir:

“Lənkəranda heç bir restoranda bu qədər xidmət haqqı yoxdur (10%). Bu 10% xidmət haqqı ofisianta verilir ya verilmir, məsələ bu deyil, məsələ odur ki, 50 manatlıq yeyəcəksənsə 5 manat rəsmi olaraq xidmət haqqı əlavə olunur (hesab 55)”.