Ceyhun Bayramov: Ermənistan yenidən prosesə döndüyünü bəyan edib

Ceyhun Bayramov: Ermənistan yenidən prosesə döndüyünü bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sülh prosesinə və sazişinə inanmasaydı, bunun təşəbbüskarı olmazdı.

Tribuna.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Bu çağırış 2020-ci ilin yanvarında cənab Prezident tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. Ən azından, bunlardan sonra Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”, – nazir qeyd edib.