Cənubi Koreya bir sıra Rusiya banklarını SWIFT beynəlxalq “sürətli ödənişlər” sistemindən ayırmağa, həmçinin strateji materialların ixracını qadağan etməyə hazırdır.
TİA.AZ xəbər verir ki, “İnterfaks” bu barədə C. Koreyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bu məsələdə ölkə öz müttəfiqi – ABŞ-la məsləhətləşmək niyyətindədir.
Bundan əvvəl Vaşinqton Rusiya Müdafiə Nazirliyi də daxil olmaqla 49 Rusiya hərbi təşkilatına Amerika mənşəli texnologiya və məhsulların ixracına məhdudiyyətlər qoyduğunu elan edib.









