Türkiyə diplomatiyasının rəhbəri Ankara ilə Vaşinqton arasındakı münasibətlərdəki vəziyyəti şərh edib.
Tribuna.az Hürriyet-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müsahibəsi zamanı bildirib ki, Türkiyə ilə ABŞ arasında problemlər həll olunmayıb, Vaşinqton ölkədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyini davam etdirir.
“Biz müttəfiqik, problemlərin həlli üçün strateji mexanizm də işləyib hazırlamışıq. Münasibətlər əvvəlkindən daha stabildir, lakin problemlər həll olunmur. Trampın (ABŞ-ın keçmiş prezidenti Donald Tramp) dövründə hər gün yüksəliş və enişlər olurdu. PKK-YPG-yə dəstək davam edir…” Çavuşoğlu bildirib.
Bundan başqa, nazirin sözlərinə görə, ABŞ-da FETÖ-nün (Türkiyədə vaiz Fətullah Gülənin qadağan etdiyi təşkilat, Ankaranın çevriliş cəhdini əlaqələndirdiyi təşkilat – red.) olması da problemdir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Vaşinqtonu Suriyada kürdlərə dəstək verməkdə ittiham edib.









