Gedən proseslər, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, gömrük postunun açılması 44 günlük müharibəsinin davamıdır. Sərhədçilərimizin, gömrükçülərimizin həmin yerdə möhkəmlənməsi və fəaliyyətə başlaması artıq suverenliyimizin möhkəmlənməsi anlamına gəlir.
Bu sözləri Tribuna.az-a deputat Vüqar İsgəndərov bildirib. O qeyd edib ki, hazırda gömrükçülərin ərazidə olması Azərbaycanın və cənab prezidentin növbəti uğurudur:
“Görülmüş işlər və nail olduğumuz bütün uğurlar prosesin birinci mərhələsi idi. İndi qarşımızda ikinci əsas məsələ dayanır ki, bu da Qarabağı separatçılardan təmizləmək, erməni yaraqlılarının ora gedişinin qarşısını birdəfəlik almaqdır. Qarabağa minaların, silahların, cinayətkarların yolunu birdəfəlik bağlamış olduq. İndi əsas məsələ orada qalan separatçıların kökünü kəsmək, o torpaqlardan onları birdəfəlik rədd etməkdir.
Biz uğura doğru irəliləyirik və düşünürəm ki, bu yolda qarşımıza çıxan bütün maneələri aşmaq üçün həm gücümüz, həm də qətiyyətimiz mövcuddur. İndi qarşıda həm də Zəngəzur dəhlizinin açılması məsələsi dayanıb. Bunun üçün də Azərbaycan bütün vacib addımlarını atıb və atmaqda da davam edir. Bu istiqamətdə də Ermənistandan ağıllı addım gözləyirikErmənistan bizim bu çağırışlarımıza əməl etməsə, bundan yayınsa ölkəmiz cənab prezidentin tapşırığı ilə bütün vacib olan addımları atacaq ki, bu məsələdə öz həllini tapsın”.









