Türkiyənin məşhur aktyorları Çağatay Ulusoy və Aslıhan Malbora Bodrumda istirahət edərkən kameralara tuş gəlib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün dəniz kənarında rahat şəkildə vaxt keçirdiyi görüntülənib. İsti havadan zövq alan aktyorların səmimi görüntüləri diqqət çəkib.
Xüsusilə Çağatay Ulusoyun bir qədər kökəldiyi və qarın nahiyəsində çəki aldığı diqqətdən qaçmayıb. Aktyorun əvvəlki forması ilə müqayisədə görünüşündəki dəyişiklik sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Gülşən Rəsul













