“BUTA” İLƏ ANKARAYA UÇAN SƏRNİŞİNİN ÇEMODANI YOXA ÇIXDI… – ŞİKAYƏT

“BUTA” İLƏ ANKARAYA UÇAN SƏRNİŞİNİN ÇEMODANI YOXA ÇIXDI… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az yazır ki, bu barədə Tima Ali adlı istifadəçi sosial şəbəkədə yazıb. O bildirib ki, çemodan üçün əvvəlcədən əlavə olaraq pul da ödəyiblər:

“Şikayətim “Buta Airways”dəndir. Ankaraya uçmaq üçün qaynanama bilet almışam. Səhər tezdən yola salmışam, baqajı daha artıq olduğu üçün 75 manat əlavə ödəniş alıblar. Qadın Ankarada enib, ancaq çemodan yoxdur, yoxa çıxıb. Qadının bütün geyim əşyaları , aldığı hədiyyələr hamısı çemodanın içində yoxa çıxıb. Qaynanam başqa şəhərə bilet alıb ora getməlidir və gedib də. Amma ortada nə çemodan var, nə də “Buta”dan zənglərə cavab…”
Zəng edirəm, 5 dəqiqə musiqiyə qulaq asıram, konturum gedir, avtomatik məşğula atırlar. Whatsapplarına yazıram cavab yox. Belə bir çıxışlmaz vəziyyətdə qalıb qadın. 75 manat pul almağı bir saniyədə alırlar, amma nə bagaja sahib çıxırlar, nə də bir cavab verirlər”.

Tribuna.az