BÜLBÜLƏ GÖLÜNÜ ZİBİLLƏ DOLDURUB “ABADLAŞDIRIRLAR” …BULVAR SALINIR…

BÜLBÜLƏ GÖLÜNÜ ZİBİLLƏ DOLDURUB “ABADLAŞDIRIRLAR” …BULVAR SALINIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ətrafında Bulvar yaradılması planlaşdırılan Bülbülə gölü bilərəkdən qurudulur. Məişət zibilləri ilə doldurulan gölün ətrafındakı qamışlıqlar məhv edilir. Tribuna.az yazır ki, hazırda gölün ətrafı zibillik kimi istifadə edilir. Məişət tullantıları ilə dolu olan ərazidə texnika iş aparır. Ərazidə bulvar salınması üçün abadlıq işləri aparılır. Ancaq ətrafdakı zibillər gölə tökülür.

Bu da gölün qurumasına səbəb olur. Onsuz da illərdir məişət tullantıları ilə çirkləndirlən gölün və ətraf təbiətini aparılan işlər daha da məhv edir.

Qamışlıqlar kəsilərək yol çəkilir. Ekofəal Zülfü Fərəc bildirib ki, indidən gölün onsuz da çirklənmədən əziyyət çəkən təbiətini dağıdırlar – qamışları kəsiblər, yol çəkiblər. Ərazidəki 21 quş növündən ikisi – sultan toyuğu və göydimdik ördək Qırmızı Kitaba düşüb. Lakin aparılan işlərin davamı olaraq qamışlıqların qırılması bu quşların çoxalmasının qarşısını alır.